"Azərbaycanda mübarizə çoxdur, asan oyun yoxdur"

9 Fevral 22:40 Şamaxı 148
"Azərbaycanda mübarizə çoxdur, asan oyun yoxdur"

"Şamaxı"nın yarımmüdafiəçisi Andrey Trikoveanu ikinci mövsümdür ölkəmizdə çıxış edir.

Ötən ilin əvvəlində bölgə klubuna transfer olunan 28 yaşlı legioner qısa müddətdə barəsində xoş fikirlər yarada bildi.

Bir müddət zədədən əziyyət çəkən orta sahə oyunçusu meydanda olduğu 20 matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Texnikalı olması, əla uzun ötürmələr verməsi ilə diqqət çəkir.

Bir sözlə, performansı qaneedicidir.

Bəs onun Azərbaycan Premyer Liqası barədə düşüncələri necədir?

Rumıniyanın aşağı yaş qruplarında çıxış etmiş Andrey Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq liqamız barədə çox xoş fikirlər səsləndirib?

"Premyer Liqa yüksək səviyyədə təşkil olunur. Çox güclü komandalar yer alır.

Hətta daha əvvəl çıxış etdiyim komandalardan yaxşıları var.

Yalnız xoş sözlər deyə bilər. Mübarizə çoxdur, asan oyun yoxdur.

Daim meydanda hazır olmalısan. Rahat görüşlər demək olar ki, olmur.

Hər ötən gün inkişaf hiss olunur. Daha yaxşı ola bilər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 Fevral 18:10 Çək və bizə göndər!