Mən səni səndən pis tanımıram, dostum!

09:50 Şamaxı 139
Mən səni səndən pis tanımıram, dostum!

«Şamaxı» bir az rahat nəfəs ala bilər artıq. Xal ehtiyatını 13-ə çatdırdılar.

İndi onlarla son pillədəki «Kəpəz» arasında xal fərqi 10-dur.

«Şamaxı» mövsümün 11-ci həftəsində üçüncü qələbəsini «İmişli» üzərində qazandı. Cərimə zərbəsi zamanı yolüstü son anda Kerim Rossinin başına dəyən top ev sahiblərinə 3 xal qazandırdı.

Ayxan Abbasovu tək bu məmnun etmədi, gərək ki. Verdiyi tapşırıqlar tam olmasa da həyata keçirildi, komandası istəkli oyunu ilə göz doldurdu.

Ayxan Abbasov Jorj Kaskilyanı taktiki planda da üstələdi. Rəqibi necə təhlil eləmişdisə, «İmişli»nin heç bir aparıcı legioneri özünü sudan qırağa çıxşmış balıq kimi hiss etdi. hamısı «bloklanmışdı».

Əlbəttə, «İmişli»yə qarşı oynayırsansa, öncədən müəyyən tədbirlər almalısan, işini ehtiyatlı tutmalısan.

Debütantı ciddiyə almalısan, önəmli fiqurlarını incələməslisən, bilməlisən ki, kim hansı epizodda nə edir, kim hara açılır.

Ayxan Abbasov göstərdi ki, o, «İmişli»ni portuqaliyalı həmkarından pis tanımır. «Şamaxı» elə buna görə də qələbə qazanan tərəf oldu.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti