“Bu çempionatda heç bir komandaya qarşı oynamaq asan deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Vladislav Veremeyev deyib.
İkinci mövsümdür Premyer Liqada top qovan “Şamaxı”nın ukraynalısı çempionatda gərgin mübarizədən söz açıb.
“Vlad” ləqəbli müdafiəçinin şərəfini qoruduğu komanda oyunu müdafiədən qurduğu üçün bu sistemə bel bağlayan rəqiblərlə matçlardan həzz almır.
Onun üçün iddialı və açıq futbol nümayiş etdirən komandalarla matçlar daha maraqlıdır.
Sitat:
“Bütün komandalar hansısa hədəf uğrunda mübarizə aparır və ona çatmağa çalışır. Bəziləri titul qazanmaq, bəziləri elitada qalmaq üçün mübarizə aparır.
Ona görə də hamısına qarşı oynamaq çətindir. Lakin söhbət hansı komandayla oyundan zövq almaqdan gedirsə, “Neftçi”, “Sabah”, “Zirə”nin adını çəkə bilərəm.
Bu komandaların həm özləri futbol oynayır, həm də rəqibə oynamaq imkanı verir.
“Turan Tovuz”da layiqli rəqibdir. Lakin bu komandanın özünəməxsus oyun üslubu var”.
HƏBİB

