"Qarabağ"dan xal almağı bacardıq, indi də...”

19:20 Şamaxı 185
"Qarabağ"dan xal almağı bacardıq, indi də...”

Premyer Liqanın 9-cu turunun sürpriz nəticəsi Suraxanıda qeydə alındı.

"Şamaxı" səfərdə son çempion "Qarabağ"dan xal almağı bacardı.

Ağdam klubunun bütün cəhdlərinə baxmayaraq matçı qolsuz bərabərliklə başa çatdı.

Bu dəfə isə "şirlər"i hazırkı liderlə qarşılaşma gözləyir.

Qərb təmsilçisi mövsümdə ilk dəfə yerli publika önünə çıxacaq.

Görəsən, bu şərtlər altında son çempion kimi, lideri də büdrətmək mümkün olacaqmı?

Sportinfo.az-a açıqlama verən "Şamaxı"nın braziliyalı müdafiəçisi Antonio Lara sualımızın cavabı olaraq inamlı danışıb:

"Bəli, "Qarabağ"dan xal almağı bacardıq. Yaxşı oyun keçirə bilmişdik.

Qarşıda isə daha bir çətin matç bizi gözləyir. "Turan Tovuz" yaxşı komandadır.

Rəqib hazırda liderdirdir. Amma buna rəğmən yenidən xal qazana biləcəyimizə inanırıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti