“Qarabağ” həqiqətən güclüdür, “Zirə”ni çox bəyənirəm, “Sabah”da səviyyəlli oyunçular var”

30 Oktyabr 21:20 Şamaxı 298
“Qarabağ” həqiqətən güclüdür, “Zirə”ni çox bəyənirəm, “Sabah”da səviyyəlli oyunçular var”

“İdeal mübarizənin getdiyi rəqabətli çempionatdır. “Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri möhtəşəmdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqa barədə danışan Karim Rossi deyib.

“Şamaxı”nın 31 yaşlı hücumçusu Azərbaycana gələnə qədər 10 fərqli ölkədə çıxış edib, müxtəlif liqaların həyəcanını hiss edib.

Azərbaycan Premyer Liqası isveçrəli forvardı yaxşı mənada təəccübləndirməkdədir. İsveçrəli legioner elitada diqqətini çəkən komandaların adını çəkib:

“Qarabağ” həqiqətən çox güclüdür. Həm oyun intizamı var, həm də heyətində keyfiyyətli futbolçular cəmlənib.

“Zirə”nin oynadığı sürətli futbolu da çox bəyənirəm. “Sabah”da səviyyəlli oyunçular var.

“Qarabağ”ın Avropadakı nəticələri və çempionatdakı bu cür gərginlik Azərbaycan futbolunun imici adına faydalıdır. Burada oynamaqdan məmnunam”.

Karim Rossi cari mövsümdə meydana çıxdığı 9 görüşdə 2 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...