Premyer Liqanın 12 iştirakçısı arasında yeganə sponsoru olmayan klub «Şamaxı»dır.
«Şirlər» 3 ildən çoxdur əlavə maliyyə dəstəyi almadan fəaliyyət göstərir.
Nəhayət, onların da yeni himayədara qovuşması gündəmə gəlib. Əyalət təmsilçisi hazırda irili-xırdalı 4 şirkət və iş adamıyla danışıqlar aparır.
Yerli İcpa Hakimiyyəti də bu məsələdə kluba dəstək verir. İndiyədək «Şamaxı»ya bir neçə belə təklif gəlib. Rusiya və Avropada fəaliyyət göstərən azərbaycanlı biznesmenlər də bu siyahıya daxildir.
Müxtəlif səbəblərdən görüşmələr nəticə vermir. Hazırda isə «şirlər»in maliyyə dəstəyinə daha çox dəstəyi var. klub demək olar yalnız AFFA-nın dövlət vasitəsilə ayırdığı yardım paketindən asılıdır.
SPORTİNFO.AZ

