Uduzmaqdan yorulan "Kəpəz" elə möhtəşəm dönüş etdi ki… VİDEO

17 Oktyabr 22:40 Şamaxı 493
Uduzmaqdan yorulan "Kəpəz" elə möhtəşəm dönüş etdi ki… VİDEO

"Kəpəz" cari mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv VIII turda "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma "sarı-göylər"in 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın heyətində Fərid Nəbiyev (34, 39) və Luis Paçu (67-p., 85) fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub. Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 3-ə çatdıran "Kəpəz" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 9 xalla yeddincidir.

“Şamaxı” - “Kəpəz” 1:4

Qollar: Sezar Enrike, 11 // Fərid Nəbiyev, 34, 39, Luis Paçu, 67 (p.), 86
Şamaxı şəhər stadionu, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Rafael Məhərrəmli, 64 (qeyri-idman hərəkəti); Sezar Enrike, 79 (qeyri-idman hərəkəti); Oruc Məmmədov, 90+1 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 44 (qeyri-idman hərəkəti); Mahamadu Ba, 46 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 90+1 (qeyri-idman hərəkəti); Kaçper Rosa, 90+3 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 44 (təcavüzkar davranış)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.
Şamaxı
1. Rikardo Fernandes (k)
80. Həbib İsmayılov
(17. Rafael Məhərrəmli, 38)
82. Rüfət Abbasov
(24. Sənan Muradlı, 85)
9. Karim Rossi
(77. Nihat Mehralıyev, 71)
3. Vladislav Veremeyev
(5. Arsen Ağcabəyov, 71)
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
19. Abdullahi Şuaybu
8. Alfons Msanqa
(97. Oruc Məmmədov, 71)
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
14. Ravil Qafarov
6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”
1. Kaçper Rosa
27. Məqsəd İsayev
(17. Ümid Səmədov, 83)
77. Fərid Nəbiyev
(99. Əli Səmədov, 87)
88. Şakir Seyidov
9. Luis Paçu
(53. Şahmar Aşurov, 87)
11. Vitor Feijao
(7. Ehtiram Şahverdiyev, 63)
29. Dioqo Verdaska (k)
24. Olavale Onanuqa
12. Mahamadu Ba
(5. Rauf Hüseynli, 63)
10. Ryonosuke Ohori
38. Cefferson Bentu
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
55. Kresus Donqo
6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti