Bu komandada yenə “qumar”a girişənlər var?

17:40 Şamaxı 417
Bu komandada yenə “qumar”a girişənlər var?

Adətən, Ayxan Abbasovun çalışdırdığı komandalar etibarlı müdafiə xətti ilə öyünüb.

Hər məşqçinin öz sevimli taktikası olur, onun da bəyəndiyi sxem «beşli zona»dır.

Abbasov hara gedib, birinci zonanı bu cür qurub. «Şamaxı» da istisna deyil. Premyer Liqanın ən yoxsul komandasını o, məhz bu yanaşmasıyla üzdə saxladı, I Liqaya yuvarlanmaqdan xilas elədi.

Ayxan Abbasov cari mövsümdə də eyni metodika ilə çalışmaqdadır. «Şamaxı» 5 müdafiəçi ilə qapının toxunulmazlığının qayğısına qalmaqdadır, sadəcə, bir məqam artıq diqqət çəkir.

«Şamaxı» hər nə qədər müdafiədən oynasa da, çoxsaylı səhvlərə yol verməyə başlayıblar. İstər fərdi, istərsə də mövqe xətaları sarıdan.

Qəbələ səfəri Ayxan Abbasovu yuxudan oyatmalıdır. Ev sahibləri ona kifayət qədər həyacan siqnalı verdi.

«Qəbələ» ikinci hissədə xeyli qol epizoduna girdi. Qonaqların birinci zonasında yetərincə boşluqlar tapdılar.

Açığını demək lazımdır ki, «Qəbələ» bu fraqmentlərin yarısını dəyərləndirsəydi, 2-3 top fərqiylə hesabı öz xeyirlərinə dəyişəcəkdilər.

Başa düşürük, Ayxan Abbasovun başı əsas və gənclər millilərinə qarışıb. Heç başını qaşımağa vaxt da tapa bilmir.

Nə gecəsi var, nə gündüzü. Gün ərzində 3-4 saat rahat yatmağa da vaxt tapa bilmir indi.

Bu, indidir, bəs sabah? «Şamaxı»ya nəzarəti hər bir halda gücləndiirməlidir.

«Şamaxı» ötən mövsüm oyun «alver»inə bulaşdı. Adil Nağıyevlə Georgi Kantariya bu söhbətin üstündə «yandı».

Demirik, «Şamaxı»da yenə «stavşiklər» boy sırasına düzülüb. Amma əlbəttə, ehtiyat igidin yaraşığıdır.

Ayxan Abbasov gündə komandanın içində ola-ola o cür hadisələr baş verdi.

Bu gün komandanın düşərgəsinə «skyple» baxır, nə biləsən ki, kim neyləyir. Tüstüsü sonra çıxmasa yaxşıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti