Mourinyo gileyləndi: “Əsl problem “Qarabağ”a uduzmaqdadır”

01:10 Şamaxı 79
Mourinyo gileyləndi: “Əsl problem “Qarabağ”a uduzmaqdadır”

“Problem bugünkü məğlubiyyətdə deyil, “Qarabağ”a uduzmaqdadır.

İndi üç xalımız olmalı idi. Ancaq bunu başqa yerdə qazanmalıyıq.

Hesab edirəm ki, Londonda, heç olmasa, bir xal almaq üçün kifayət qədər çalışdıq, amma alınmadı”.

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya təmsilçisi “Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Çelsi”yə 0:1 hesabı ilə məğlubiyyət haqda deyib.

Mourinyo debüt matçında məğlubiyyətin səbəbini əvvəlki oyuna bağlayıb:

“Biz təşkilatlanmış oynadıq, “Çelsi”ni yaxşı öyrənmişdik və onun meydandakı sxemlərinə qarşı uğurla mübarizə apardıq.

Müdafiədə əla təsir bağışladıq, amma sonradan çətinliklər yarandı. Üç mərkəz yarımmüdafiəçimiz sarı vərəqə aldı və çoxsaylı dəyişikliklər etməli olduq.

Bunun öhdəsindən də yaxşı gəldik. Çalışdıq, amma kifayət etmədi. Yenə də təəssüratlar müsbətdir”.

Əvvəlki turda “Benfika” doğma meydanda Azərbaycan təmsilçisi “Qarabağ”a 2:3 hesabı ilə uduzmuşdu.

Həmin məğlubiyyətdən sonra baş məşqçi Brunu Laje istefaya göndərilmiş, onun yerinə Joze Mourinyo təyin olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu