
Mövsümün yaxşı kollektivlərindən biri də, şübhəsiz ki, "Şamaxı"dır.
Amma oynadıqları oyun daha çoxunu haqq edir.
Ayxan Abbasovun yetirmələri "Sabah", "Zirə", "Araz-Naxçıvan" kimi iddialı rəqiblərlə görüşlərdə belə özünü çox yaxşı tərəfdən göstərə bilir.
"Şirlər" bu komandalarla müqayisədə heyətin keyfiyyətində, büdcələrin miqyasında kəskin geri qalır. Lakin meydanda tam fərqli şeylər görürük.
Belədə ağıllara gələn əsas sual bu olur - bölgə klubu aradakı ciddi fərqləri meydanda qapamağı necə bacarır?
Komandanın əsas simalarından biri olan portuqaliyalı qapıçı Rikardo Fernandes Sportinfo.az-a açıqlamasında suala cavab olaraq bunları dedi :
"Deməli, daha yaxşı büdcə vacib deyil. Bəli, kağız üzərində adıçəkilən klubların zəngin heyətləri var.
Ancaq biz daha çalışqan komandayıq. Hamıdan çox çalışırıq. Bu səbəbdən meydanda ortaya iş qoya bilirik.
Nəticəni əldə etmək üçün bundan sonra da əlimizdən gələni edəcəyik".
XANOĞLAN