"Xarici klubların marağı mənə əlavə motivasiya verir"

1 Oktyabr 21:00 Şamaxı 371
"Xarici klubların marağı mənə əlavə motivasiya verir"

Son illər parlayan yerli adlar arasında Rüfət Abbasovun yerinin ön sıralarda olduğunu birmənalı demək olar.

Ötən mövsümdən "Şamaxı" forması geyinən "Neftçi"nin yetirməsi özünü yaxşı tərəfdən göstərməyi bacarır.

Əbəs deyil ki, Ayxan Abbasovun sərəncamında Rüfət həm Premyer Liqa klubunun, həm də gənclər millimizin əsas fiqurlarından birinə çevrilə bilib.

Gənc oyunçumuzu artıq diqqətdə saxlayan bir neçə xarici klubun olduğu da iddia olunur.

Bəs real vəziyyət necədir?

Abbasov Sportinfo.az-a açıqlamasında son durumu dəyərləndirib:

"Hazırda "Şamaxı"nın heyətindəyəm. Bu klubun şərəfini qoruyuram. Gələcəkdə nə olacağını görəcəyik".

Görünən odur ki, Rüfət bu söz-söhbətlərlə özünə mane olmamağa çalışır. Amma xarici klubların onunla maraqlanmasının formasına müsbət təsir edə biləcəyini sözlərinə əlavə edib:

"Diqqətin olması xoşdur. Bu mənə əlavə motivasiya verir.

Çünki hər futbolçunun xəyalı Avropa klublarında oynasın. Bu da mənim hədəfimə çevrilə bilər.

Daha yaxşısı üçün mübarizə aparacam".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 20:50 Çək və bizə göndər!