"O günlər arxada qaldı, döyüşməyə davam edəcəm" - MÜSAHİBƏ

17:00 Şamaxı 177
"O günlər arxada qaldı, döyüşməyə davam edəcəm" - MÜSAHİBƏ

"Şamaxı"nın nigeriyalı hücumçusu Abdullah Şuaybu Sportinfo.az-a müsahibə verib.

- "Araz-Naxçıvan"la bərabərliklə bitən qarşılaşma (1:1) necə keçdi?

- İstədiyimiz 1 xal deyildi. Amma mövsümün sonuna kimi döyüşməyə davam edəcəyik.

- Bu qədər üstün oynadığınız halda qələbə qazanmağa nə mane oldu?

- Futbolun ritmi belədir. Bəzən bu cür hallar olur. "Araz-Naxçıvan" kimi iddialı rəqibə qarşı oynamaq da asan deyil.

- 2 xal itirdiniz, yoxsa 1 xala şükür edirsən?

- Heç nədənsə bu yaxşıdır.

- Bu mövsüm ilk dəfə əsas heyətdə meydana çıxdın. Tam hazır olduğunu demək olar?

- Bəli, hazıram. İlk dəfə əsas heyətdə oynadım. Amma əlimdən gələni edəcəm ki, növbəti dəfələr də belə olsun.

- "Kəpəz"dəki Şuaybunu görməyimiz üçün nə çatmır?

- Bildiyiniz kimi bir müddət oynamadım. Yeni-yeni oynamağa başlamışam. İnşallah, özümü sübut edəcəyəm.

- Bir dönəm hətta iddialı Azərbaycan klublarının gündəmində idin. Ardınca məlum hadisələr yaşandı. Psixoloji olaraq o günləri necə arxada qoya bildin?

- Hər şey arxada qaldı. Hazırda özümü yaxşı hiss edirəm. Hadisələr geridə qaldı. Mən döyüşməyə davam edəcəm. Özümü sübut etmək istəyirəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti