
“Buradakı örtük nisbətən yaxşı vəziyyətdədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın portuqaliyalı legioneri Dioqo Balau deyib.
Azərbaycana yeni gələn yarımmüdafiəçi Şamaxıdakı qazonu Portuqaliyadakı süni meydanlarla müqayisə edib:
“Şamaxıda örtük yenidir, çox işlənməyib. Ancaq bir şey da var ki, isti havada oyun saat 5-də başlayanda, özümüz də çətinlik çəkirik.
İşıqlandırma sistemi yoxdur deyə, günorta saatlarında oynamağa məcburuq. Payızda və qışda bizim üçün rahat olacaq”.