Premyer Liqanın yeni siması iddialı danışdı: "Çox yaxşı gələcəyimiz var"

8 Sentyabr 19:40 Şamaxı 240
Premyer Liqanın yeni siması iddialı danışdı: "Çox yaxşı gələcəyimiz var"

"Şamaxı"nın hücumçusu Kərim Rossi Premyer Liqanın 3-cü turunda "Sumqayıt"la heç-heçə (1:1) etdikləri matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Görüşlə bağlı təəssüratların necədir?

- "Sumqayıt" yaxşı formadadır. Mövsümə əla başlayıblar. Biz də uğurlu olmaq istəyirik. İkinci yarıda real qol imkanlarımız oldu, ancaq yararlana bilmədik. Düşünürəm ki, iki istəkli komandanın görüşündə ədalətli nəticə oldu.

- Arxada qalan 3 turda qollar vurub, xallar qazana bilmisiniz. Bəs qələbə üçün nə çatmır?

- Təqvim yaxşı deyildi. "Neftçi", "Sabah" və "Sumqayıt"la ardıcıl oynadıq. İlk "beşlik"də olacaq komandalardı. Ona görə də xallar qazanmaq çətin idi. Qarşıdan "Karvan Yevlax"la görüş gəlir. İlk qələbəmizi qazanmağa çalışacağıq.

- Qarşıdan milli komandalara görə fasilə gəlir. Yeni komanda olduğunuzu nəzərə alsaq bunu faydalı saymaq olar?

- Daha yaxşı olmağımız üçün yerinə düşdü deyə bilərəm. Gələcəklə bağlı pozitivəm. Əminəm ki, çox yaxşı gələcəyimiz var.

- Premyer Liqa ilə bağlı düşüncələrin necədir?

- Düşünürəm ki, yaxşı liqadır. Asan oyun yoxdur. Məsələn, ötən həftə "Qarabağ" "Sumqayıt"a məğlub oldu. Çətin mövsüm olacaq. Amma buna rəğmən mən özgüvənliyəm. Yaxşı şeylər edəcəyimizə inanıram.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM