Azərbaycanda yalnız “Qarabağ”la “Neftçi”dən geri qalırlar

02:20 Şamaxı 138
Azərbaycanda yalnız “Qarabağ”la “Neftçi”dən geri qalırlar

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbə verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

O, Premyer Liqanın 3-cü turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

“Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

Klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM