Sən, onsuz da, bu hücumçunu oynatmırsan, göndər bizə!

1 Sentyabr 19:40 Şamaxı 730
Sən, onsuz da, bu hücumçunu oynatmırsan, göndər bizə!

«Şamaxı» heyətinə daha bir hücumçu qatmaq niyyətindədir.

Premyer Liqada qalmaq məqsədi ilə yola çıxan «şirlər» Kamran Quliyevi sıralarına qatmaq iddiasındadır.

Əyalət təmsilçisi bu arzuyla «Sumqayıt»ın qapısını döyüb. Şamaxılılar Saşa İliçin əsas heyətdə şans tanımadığı gənc forvardı birillik icarəyə götürmək fikrini qarşı tərəfə çatdırıb.

Ayxan Abbasovun çalışdırdığı komanda bu yay 14 nəfəri rənglərinə bağlayıb.

Bunlar Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (“Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (“Covilha”, Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya), Bilal İsmayılov ("Cəbrayıl"), Ravil Qafarov ("Sabah"), Abdullahi Şuaybu ("Qəbələ"), Səlim Həşimov ("Zirə"dən icarəyə götürülüb), Sənan Muradlı ("Sumqayıt" akademiyası), Davud Mənsumov ("Qarabağ")

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
1 Sentyabr 02:40 "Turan”dan Toqoya dəvər