“Şəfa”nı ciddiyə almadılar

26 Avqust 2025 00:50 Şamaxı 858
“Şəfa”nı ciddiyə almadılar

"Şamaxı" yoxlama matçı keçirib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 1-ci liqa təmsilçisi"Şəfa" ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. "Şamaxı"nın qolunu Abdullahi Şuaybu vurub.

"Şamaxı" Premyer Liqanın 3-cü turunda "Sumqayıt"ın qonağl olacaq. Avqustun 29-da keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti