Azərbaycanda iti gözü olan baş məşqçi var, tanıyın! - VİDEO

24 Avqust 2025 15:15 Şamaxı 1 545
Azərbaycanda iti gözü olan baş məşqçi var, tanıyın! - VİDEO

«Şamaxı» kimi klublar üçün futbolçuları saxlamaq çətindir».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Şamaxı»nın yay transfer bazarlığını qiymətləndirib.

Bildirib ki, Ayxan Abbasov güclü seleksiya işi aparmağı bacarır.

Tanınmış teleşərhçi adıçəkilən baş məşqçinin əvvəlki klublarında da bu sarıdan düzgün strategiya qurduğunu xatırladıb və onun yeni gətirdiyi legionerlərin artıq komandaya fayda verdiyini söyləyib.

Kərim Rossi, Rikardo Apolinario və Dioqo Balaunu misal çəkən ekspert qeyd edib ki, Abbasov quşu yenə gözündən vurub.

Emin bəy isveçrəli hücumçunun və braziliyalı yarımmüdafiəçilərin «Şamaxı»nı gücləndirdiyini vurğulayıb.

Həmçinin «şirlər»in Premyer Liqada qalmaq uğrunda mübarizədə sonadək çarpışacağına diqqət çəkib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti