
“Neftçi”ylə oyundakı heç-heçə bizi arxayınlaşdıra bilməz. Bütün matçlar ağır keçəcək”.
“Şamaxı”nın yarımmüdafiəçisi Andrey Tırkoveanu Sportinfo.az-a açıqlamasında “Sabah”la görüşü dəyərləndirib.
Bölgə təmsilçisindən fərqli olaraq “tələbələr” Premyer Liqada ilk matçına çıxacaq. Üstəlik, öz meydanında yox, əksər vaxtlarda büdrədiyi Şamaxı şəhər stadionunda.
Rumın yarımmüdafiəçisi keçmişlə yaşamağı doğru saymır. O, bu oyunda rəqibin favorit olduğunu deyərək hədəflərini gizlətməyib:
“Sabah”ın ilk turu buraxması göstərici sayıla bilməz. Əksinə, onlar avrokubok görüşlərindən sonra bərpa olunublar.
Avrokuboklarda keçirdikləri qarşılaşmalar “Sabah”a oyun təcrübəsi qazandırıb. Bu baxımdan problemləri yoxdur.
Bəli, duelin favoriti onlardır. Bunu gizlətməyə gərək yoxdur.
Lakin bizim də hədəfimiz var. Hər oyundan bacardığımızın maksimumunu edərək daha çox xal toplamaq.
Doğma meydan və doğma azarkeş amilindən istifadə etməyə çalışacağıq”.
Avqustun 24-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək görüş saat 17:00-da start götürəcək.
HƏBİB