"Neftçi" önündəki əsaslı narahatlıq - Bəs gələcək nə vəd edir?

21 Avqust 22:20 Şamaxı 216
"Neftçi" önündəki əsaslı narahatlıq - Bəs gələcək nə vəd edir?

"Şamaxı"nın "Neftçi" səfərində bir məqam diqqətdən qaçmadı.

Qonaqlar meydana 9 əcnəbi futbolçu ilə çıxmışdı.

Ayxan Abbasov gənclərlə, yerlilərlə işləməyi sevir.

İndiki məqamda isə həm də buna məcburdur.

Axı bölgə klubu ilə paralel olaraq gənclər millimizin baş məşqçisidir.

Belədə yaranmış mənzərə haqlı olaraq hamını narahat edir.

U-21 yığmasının bazası olacağı gözlənilən "Şamaxı"da əsas heyətdə 2 yerli çıxış edirsə, digər komandalardan nə gözləyəsən?

Deməli, futbol ictimaiyyətinin narahatlığı əsassız deyil.

Düzdü, təcrübəli mütəxəssis də başverənləri izləmək fikrində deyil.

Onun da bir planı var.

Elə "ağ qaralar"la görüşdən sonrakı açıqlamasında belə başa düşmək olar ki, məqsəd ən qısa müddətdə Premyer Liqada qalmaq hədəfini yerinə yetirməkdir.

Məhz ondan sonra biz heyətdə daha çox azərbaycanlı görə bilərik.

Təbii ki, bir də münasib rəqiblərlə oyunlar sınaq meydanı ola bilər.

Abasov bununla iki məqamı nəzarətdə saxlamış olur.

Həm iddialılarla görüşdə gəncləri "yandırmaq" istəmir, həm də daha təcrübəli gəlmələrlə qızıl dəyərində xalları aktivinə yazdırmağı düşünür.

İlk sınaq uğurla sonlandı.

Qalır davamını uğurla gətirmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ