
“Gizlətmirəm, Azərbaycanla bağlı məlumatları əsasən Anasdan aldım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın yeni transferi Kerim Rossi deyib.
Cari mövsümdəm Premyer Liqamızda çıxış edəcək isveçrəli hücumçu vaxtilə ölkəmizdə legioner həyatı yaşamış isveçrəli futbolçulardan 2-3 nəfəri tanıdəğını söyləyib:
“Əsasən Mərakeşdən olanları tanıyıram. Siyahının başında “Qarabağ”dan Abdullah Zubir dayanır.
“Səbail”də çıxış edən Anas Najaf var idi, o, ən yaxın dostlarımdandır. Mənə çox yaxşı təqdimat verdi.
Ölkəniz və çempionat haqda müsbət fikirlər söylədi. İnanıram ki, mən də burada adımdan söz etdirə biləcəm”.