Azərbaycanda 19 yaşlı oyunçu 1 illik icarəyə verildi

14 Avqust 2025 02:00 Şamaxı 666
Azərbaycanda 19 yaşlı oyunçu 1 illik icarəyə verildi

"Sumqayıt"ın futbolçusu Sənan Muradlı "Şamaxı"ya keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

19 yaşlı oyunçu bölgə təmsilçisinə 1 mövsümlük icarəyə verilib. O, "Sumqayıt" akademiyasının yetirməsidir.

"Sumqayıt" bunadək Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın ("Serik Bələdiyyəspor", Türkiyə), Giorgi Karaişvili ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...