Millinin qapıçısı bölgə klubu ilə anlaşdı - SON DƏQİQƏ

11 Avqust 2025 13:40 Şamaxı 1 986
Millinin qapıçısı bölgə klubu ilə anlaşdı - SON DƏQİQƏ

"Şamaxı" transfer çalışmalarını davam etdirir.

Mövsümün startına az qalmış bölgə klubu daha bir keçidi tamamlayıb.

"Şirlər" Səlim Həşimovla anlaşıb.

Gənc qapıçı "Qarabağ"da futbola başlayıb.

2020-ci ildən isə "Zirə"nin formasını geyinirdi.

18 yaşlı futbolçu bütün aşağı yaş millilərində forma geyinib.

Hazırda isə 21 yaşlılardan ibarət milli komandanın üzvüdür.

İstedadlı kiper "Şamaxı"ya icarəyə verilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM