
Növbəti mövsümdə Premyer Liqada qalmaq mücadiləsi verən «Şamaxı» yeni oyunçu ilə güclənib.
Ayxan Abbasovun çalışdırdığı «şirlər» Raul Məmmədovu düşərgəsinə gətirib.
Gənc müdafiəçi «Turan Tovuz»dan 1 illik icarəyə götürülüb.
Məmmədov ötən mövsümün ilk yarısını «Turan»ın əvəzedici heyətində keçirib.
Yeni ildən isə icarə əsasında «Mingəçevir»in formasını geyinib. Abbasov onu bir müddət əvvəl gənclər yığmasına cəlb edib.
Raul «Şamaxı»nın bu yay sıralarına qatdığı 12-ci futbolçu olub.
Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya), Bilal İsmayılov (son klubu "Cəbrayıl"), Ravil Qafarov ("Sabah") və Abdullahi Şuaybu ("Qəbələ") daha öncə rayon klubu ilə anlaşıb.
SPORTİNFO.AZ