Nigeriyalı hücumçu Azərbaycanda klubunu dəyişdi, 1+1 illik müqavilə imzaladı

02:20 Şamaxı 113
Nigeriyalı hücumçu Azərbaycanda klubunu dəyişdi, 1+1 illik müqavilə imzaladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi nigeriyalı Abdullahi Şuaybunu heyətinə qatıb. 23 yaşlı hücumçu ilə iki illik (1+1) müqavilə imzalanıb.

Onun son klubu "Qəbələ" olub.

"Şamaxı" bunadək Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya), Bilal İsmayılov (son klubu "Cəbrayıl"), Ravil Qafarovu ("Sabah") transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!
6 Avqust 01:30 Avroliqada 1 qələbə