Premyer Liqa klubuna I Liqadan müdafiəçi cəlb olundu

5 Avqust 2025 02:00 Şamaxı 809
Premyer Liqa klubuna I Liqadan müdafiəçi cəlb olundu

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Ravil Qafarov heyətə cəlb edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son mövsümü I Liqada “Cəbrayıl”da keçirmiş 20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Bölgə təmsilçisi daha əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario və Bilal İsmayılovu da transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti