Son olaraq “Neftçi”nin formasını geyindi, Özbəkistanda müqavilə imzaladı

5 Avqust 2025 02:50 Şamaxı 2 066
Son olaraq “Neftçi”nin formasını geyindi, Özbəkistanda müqavilə imzaladı

Azərbaycanda “Keşlə”nin (hazırkı “Şamaxı”nın) formasını geyinmiş Şahruh Qadoyev növbəti dəfə komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, Özbəkistan millisinin yarımmüdafiəçisi yenə ölkəsində çıxış edəcək.

Son olaraq Fərqanə “Neftçi”sinin formasını geyinmiş 33 yaşlı oyunçu bu dəfə “Kokand 1912” ilə müqavilə imzalayıb.

Futbolçunun təqdimatı zamanı onun zəngin karyeraya malik olması, Bəhreyn, Azərbaycan və Cənubi Koreyada legioner həyatı yaşaması xüsusi vurğulanıb.

Qeyd olunub ki, Qadoyev adları sadalanan ölkələrdə topladığı təcrübə sayəsində “Kokand 1912”nin yeni liderinə çevriləcək və komandanın yüksək yerlər uğrunda mübarizə aparmasına kömək edə biləcək.

Şahruh Qadoyev 2020-ci ilin yanvarından 2021-ci ilin əvvəlinə qədər “Keşlə”nin şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti