Elitanın kasıbı I Liqanın bir klubundan iki nəfəri sıralarına qatdı

30 İyul 17:40 Şamaxı 974
Elitanın kasıbı I Liqanın bir klubundan iki nəfəri sıralarına qatdı

Gəncləşdirmə siyasətinə keçid edən «Şamaxı» iki yeni adı sıralarına qatıb.

Premyer Liqanın ən kasıb nümayəndəsi olan «şirlər» I Liqadan Bilal İsmayılov və Ravil Qafarovu sıralarına qatıb.

21 yaşlı İsmayılov hücumçudur. 2024-cü il təvəllüdlü Qafarov isə msüdafiəçi mövqeyində çıxış edir.

Cütlük ötən mövsüm I Liqada debüt etmiş «Cəbrayıl»ın şərəfini qoruyub.

Şirvan təmsilçisi bu yay fasiləsində Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya) və Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya) ilə anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti