
"Kəpəz" və "Şamaxı" arasında yoxlama oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb.
Görüş "Şamaxı"nın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
“Şamaxı”dan qolları Rossi, Şuaybu, Emil Süleymanov, Rikardo Apolinario və Balau (dubl), “Kəpəz”dən isə Fərid Kələntərov vurub.
"Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.
"Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq.