
Yeni mövsümə hazırlaşan "Şamaxı"nın Qəbələdə baş tutan təlim-məşq toplanışı davam edir.
Bölgə klubu artıq 4 sınaq matçında qüvvəsini sınayıb.
İlk görüşdə "Qəbələ"yə məğlub olan (1:2) "şirlər" ikinci matçda "Karvan"ı 2 cavabsız qolla məğlub edib.
"Kəpəz"i 6:1 məğlub edən kollektiv sonuncu sınaq qarşılaşmasında isə "Sumqayıt"dan üstün olub - 1:0.
Sportinfo.az-a açıqlama verən yeni transfer Ricardo Apolinario kollektivin son durumunu dəyərləndirib:
"Hazırlığımız davam edir. Artıq 3 yoxlama görüşü arxada qalıb.
Mövsümöncəsi oyunlarda vacib olan oyunçuların fiziki hazırlığını və kimyasını yaxşılaşdırmaqdır.
Biz hər ötən həftə daha da təkmilləşirik. Ən vacib olanı isə təbii ki, avqustun 15-də liqaya tam gücümüzlə gəlməkdir".
XANOĞLAN