
«Sabah»ın müdaftəçisi Egün Dünyamalıyev növbəti mövsümə «Şamaxı»da start verə bilər.
Ölkə kubokunun sahibi adını UEFA-nın iştirak ərizəsinə daxil etdiyi müdafiəçini icarə əsasında «şirlər»in düşərgəsinə göndərməyə hazırdır.
Bununla bağlı tərəflər arasında ilkin danışıq da olub. Şirvanlıların baş məşqçisi Ayxan Abbasov bu gün qərar verəcək ki, «bayquşlar»ın yetirməsi ona lazımdır, ya yox.
19 yaşlı futbolçu martda "Sabah"ın əsas komandasında ilk rəsmi oyununa çıxıb.
Premyer Liqanın XXVIII turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Sabah" oyunu (3:3) onun üçün əlamətdar olub. Belə ki, akademiyanın yetirməsi olan müdafiəçi start heyətində yer alıb və sona kimi meydanda olub.
SPORTİNFO.AZ