Tanınmış futbol adamı burada yüksək vəzifə aldı - FOTO

19 İyul 2025 11:00 Şamaxı 932
Tanınmış futbol adamı burada yüksək vəzifə aldı - FOTO

“Şamaxı” Futbol Klubunun idarə heyətinin sədr müavini Ramiz Məmmədov I Liqa təmsilçisi “Mingəçevir”ə baş məşqçi təyin edilib.

Sportiinfo.az xəbər verir ki, 2022-ci ildən Premyer Liqa klubunda idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023-24-cü illər futbol mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib və “Şamaxı” Məmmədovun rəhbərliyi altında I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Klub Ramiz Məmmədova göstərdiyi əvəzsiz xidmətlərə görə təşəkkür edib, yeni vəzifəsində uğurlar arzulayıb.

Yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti