
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Rikardo Apolinarionu heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi ilə iki illik (1+1) müqavilə imzalanıb.
Portuqaliyalı son olaraq ölkəsində - “Uniao Santarem”də çıxış edib.
"Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveiranı transfer edib.