Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdilər

01:20 Şamaxı 95
Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdilər

“Şamaxı” Səbayıl Bağırovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bölgə təmsilçisi Bağırova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bunadək "Şamaxı" Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels, Brahim Konate, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimovla yolları ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti