Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalandı

6 İyul 22:30 Şamaxı 204
Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalandı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinjfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Dioqo Balaunu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə iki illik (1+1) müqavilə imzalanıb.

Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.

"Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılovu ("Neftçi") transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti