
Abdulla Şuaybu Azərbaycanda özünə üçüncü komanda tapıb.
Ötən mövsümü «Qəbələ»də keçirən nigeriyalı hücumçu «Şamaxı» ilə müqavilə imzalayıb.
Vaxtilə «Kəpəz»in formasını geyinmiş afrikalı «şirlər»lə birillik kontrakta imza atıb. O, bu müddətdə 2500 dollar məvacib alacaq.
Ötən mövsüm I Liqada 4 qol vuran Şuaybu 2026-cı ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Sözügedən əcnəbi «Qəbələ»də 2000 dollar əməkhaqqı alırdı. Əgər yeni mövsümü də burada keçirsəydi, məvacibi 5000 dollar olacaqdı.
Di gəl, baş məşqçi Kaxaber Sxadadze onun builki çıxışından narazı qalıb və bir daha əsas heyətdə şans tanımayacağını özünə bildirib. Ayrılığın tək səbəbi budur.
SPORTİNFO.AZ