Bölgə klubu braziliyalı legionerlə anlaşdı - SON DƏQİQƏ

3 İyul 2025 20:20 Şamaxı 3 138
Bölgə klubu braziliyalı legionerlə anlaşdı - SON DƏQİQƏ

Yeni mövsümə hazırlaşan "Şamaxı" növbəti transfer əməliyyatını tamamlayıb.

Bölgə klubu braziliyalı Sezarı sıralarına qatıb.

25 yaşlı futbolçu mərkəz müdafiəçisidir.

Peşəkar karyerasına yerli "İtuano" komandasında başlayan Sezar ilk dəfə legioner həyatı yaşayacaq.

Onun bu günə qədər olan karyerası yalnız vətəni ilə bağlıdır.

Tərəflər arasında 1 illik anlaşma imzalandığını da bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM