
Kamal Bayramov "Şamaxı"dan ayrılıb.
O, bu barədə öz sosial şəbəkə hesabından paylaşıb edib.
Kamal son mövsümü "Şamaxı"da qapıçı kimi keçirmişdi.
Sezonun yekununda 40 yaşlı kiper karyerasını bitirdiyini açıqladı.
Onun bölgə klubunda qalmaq ehtimalı yüksək idi.
Bu dəfə məşqçi kimi.
Artıq həftələr əvvəldən AFFA-nın məşqçi kurslarına qatılan Bayramov gələcəyini bu sahədə görür.
"Şamaxı"dan ona qalması ilə bağlı təklif irəli sürülüb.
Ki, Ayxan Abbasovun məşqçilər korpusunda yer alsın.
Təbii ki, təcrübəli mütəxəssisin istəyi ilə.
Çünki son 3 mövsümü ikili bir yerdə çalışırdı.
Amma Kamal getməyi seçib.
Bu də səbəbsiz deyil.
Təklif edilən şərtlər onu razı salmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ