Avropalı hücumçu Azərbaycana səmt saldı -- Birillik kontrakt

09:40 Şamaxı 1 338
Avropalı hücumçu Azərbaycana səmt saldı -- Birillik kontrakt

“Şamaxı” transfer bazarında daha bir alış-veriş edib.

Bölgə təmsilçisi yeni legionerlə anlaşıb.

Söhbət Kerim Rossidən gedir. “Şirlər“ 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.

İsveçrəli forvard Azərbaycanda keçirəcəyi hər aya görə 4000 dollar əməkhaqqı alacaq.

Onun son klubu İsveçrənin ikinci liqasında yer alan “Şaffhauzen” olub.

Rossi “Hall Siti”, “Zulte Varegem”, “Spetsiya”, “Luqano”, “Kambur”, “Telstar”, “Kyasso”, “Eskistuna”, “Tsarsko Selo”, “Karmiotissa” və “Persis Solo”da oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti