
Gənclər millimizin baş məşqçisi Ayxan Abbasov "Şamaxı"da arzuladığı heyəti qurmaqda çətinlik çəkir.
Belə ki, klubla paralel olaraq həm də milli komandamızı düşünən təcrübəli mütəxəssis gənc futbolçular üçün üz tutduğu digər Premyer Liqa klublarından müsbət cavab ala bilməyib.
Daha öncə xəbər verdiyimiz kimi, "Neftçi" bölgə klubunun Ağadadaş Salyanski və Murad Məmmədovla bağlı istəyini geri çevirmişdi.
Bu dəfə neqativ cavab "Sumqayıt"dan gəlib.
"Şamaxı" Sumqayıt təmsilçisinin iki gənc üzvü - Nihat Əhmədzadə və Sənan Muradlının xidmətində maraqlı olub.
Amma "Kimyaçılar" ikili üçün edilən təklifi rədd edib.
XANOĞLAN / SPORTİNFO.AZ