Rayon klubunun müdafiəçisinə iki müştəri çıxdı

28 İyun 2025 17:00 Şamaxı 1 844
Rayon klubunun müdafiəçisinə iki müştəri çıxdı

"Şamaxı"nın müdafiəçisi Vüsal Məsimov yeni mövsümə başqa komandada başlaya bilər.

25 yaşlı futbolçunun xidmətində "Karvan" və "İmişli" kollektivləri maraqlıdır.

Tərəflər şərtlərdə razılıq əldə edə bilsə, cinah oyunçusu "şirlər"i tərk edəcək.

Bölgə klubunda ehtiyatda qalan arxa xətt oyunçusu daha çox oyun praktikası əldə edəcəyi ünvana getməkdə özü maraqlıdır.

Təcrübəli oyunçu başa çatan mövsümün birinci yarısını "Səbail"də, ikinci yarısını isə "Şamaxı"da keçirib.

O, ümumilikdə meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti