Bu siyahıda Azərbaycanın ən yaxşısıdır - “Şamaxı”

7 May 23:20 Şamaxı 391
Bu siyahıda Azərbaycanın ən yaxşısıdır - “Şamaxı”

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hazırkı mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.

Sportinfo.az xəbər verir ki, araşdırmada 65 dünya liqası yer alıb.

Bura Azərbaycan Premyer Liqası da daxildir.

Siyahıya əsasən, sözügedən yaş kateqoriyasının futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22,5 faizlə “Şamaxı” olub.

Bölgə təmsilçisindən sonra isə “Neftçi” (13,1 faiz), “Sabah” (9,3 faiz), “Sumqayıt” (8,2 faiz), “Zirə” (7,0 faiz), “Qarabağ” (5,7 faiz), “Səbail” (3,2 faiz), “Kəpəz” (3,1 faiz), “Araz-Naxçıvan” (2,5 faiz) və “Turan-Tovuz” (2,1 faiz) gəlir.

Sözügedən araşdırmada ən yüksək nəticə Belçikanın “Lommel” klubundadır – 69,6 faiz.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!