
Premyer Liqanın 33-cü turu çərçivəsində “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib.
Şamaxıda oyuna maraq ən yüksək səviyyədə olub.
Oyunun startına 15 dəqiqə qalmasına baxmayaraq, tribunaların böyük hissəsi azarkeşlərlə dolub. Şagird və tələbələrin çoxluğu diqqət çəkib.
Bu, cari mövsümdə ilk belə haldır. Hətta “Neftçi” və “Qarabağ” kimi adlı-sanlı rəqiblərlə matçlarda Şamaxı şəhər stadionunda bu qədər azarkeş müşahidə olunmayıb.
Tərəfdarların marağı boşuna deyil. Rayonun eyniadlı komandası elitada qalmağı təmin edib, mövsümü yüksək pillələrdə başa vurmaq uğrunda mübarizə aparır.
HƏBİB / SPORTİNFO.AZ