
Brahim Konate "Şamaxı"nın yeni müqavilə çağırışını qəbul etməyib.
29 yaşlı yarımmüdafiəçiyə əvvəlki ilə müqayisədə daha artıq maaş təklif olunsa da, o, danışıqları dayandırıb.
Fransalının istəyi daha böyükdür. O, bundan sonra nə 5000, nə də 10000 dollara oynamaq istəyir.
Ürəyindən daha iri məbləğ keçir. Odur ki, mayın sonunda Şamaxını birdəfəlik tərk edəcəyini "şirlər"in rəhbərliyinin diqqətinə çatdırıb.
Konate 2024-cü ilin yayında "Şamaxı"ya keçib. O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 29 qarşılaşmada 8 qol, Azərbaycan Kubokunda 1 qola imza atıb.
İndi onunla bir neçə yerli və xarici klub maraqlanı. Yanvarda Cənubi Kiprdən aldığı dəvəti geri çəkirən fransızla təmas quranların başında «Neftçi» gəlir.
Paytaxt təmsilçisi 2 illik müqavilə təklifi ilə onun qapısını döyüb.
SPORTİNFO.AZ