
Premyer Liqanın 33-cü turunda “Şamaxı” doğma azarkeşlərinin önündə “Səbail”lə qarşılaşır.
Oyunu izləyənlər arasında “ağır çəkili” qonaqları görmək mümkündür.
Belə ki, rayonun icra başçısı Tahir Məmmədov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və
Azərbaycanın xalq artisti, tanınmış aktyor İlham Namiq Kamal matçı VİP-lojada yanaşı əyləşərək izləyirlər.
Oyun başlamamışdan əvvəl baş katib stadion ərazisindəki idman zalına, eləcə də xidməti otaqlarla baş çəkib.
Maraq üçün bildirək ki, “Şamaxı” Premyer Liqadakı yerini təmin edib. “Səbail” isə elitada qalmaq uğrunda mübarizə aparır.
HƏBİB / SPORTİNFO.AZ