“Biz onlardan güclüyük, bundan sonra itiriləcək heç nəyimiz qalmayıb”

3 May 16:40 Şamaxı 259
“Biz onlardan güclüyük, bundan sonra itiriləcək heç nəyimiz qalmayıb”

“Biz “Şamaxı”dan güclüyük” – Hələ bu qədər açıq danışan olmamışdı

“Səbail” tarixinin ən vacib oyunlarından birinə hazırlaşır.

Mayın 3-də Şamaxıda baş tutacaq qarşılaşmada “dənizçilər” rayonun eyniadlı komandasının qonağı olacaq.

Paytaxt təmsilçisi bölgədən qələbə ilə qayıdacağı, “Kəpəz” də Bakıda “Neftçi”yə uduzacağı halda, aradakı xal fərqi 4-ə enəcək və son 3 turda mübarizə sözün əsl mənasında qızışacaq.

Məğlubiyyət yaşansa, “Səbail”in Premyer Liqa ilə vidalaşması böyük ölçüdə dəqiqləşəcək.

Vacib qarşılaşma ərəfəsində Sportinfo.az-a açıqlama verən serbiyalı müdafiəçi Marko Nikoliç komandasına inandığını bldirib:

“Şamaxı” çox yaxşı rəqibdir və yüksəlişdədir. Lakin mən öz yoldaşlarıma və komandama inanıram.

Fikrimcə, biz “Şamaxı”dan güclüyük. Bundan sonra itiriləcək heç nəyimiz qalmayıb.

Hədəfə çatmaq istəyiriksə, hər matça qələbə əzmi ilə çıxmalıyıq. İnanıram ki, səfərdən 3 xalla qayıdıb, vəziyyəti yaxşıya doğru dəyişəcəyik”.

32 turdan sonra “Səbail” 21 xalla sonuncu, 28 xalı olan “Kəpəz” doqquzuncudur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti