Region klubunda bombardirlə bağlı plan düyünə düşdü

17:00 Şamaxı 359
Region klubunda bombardirlə bağlı plan düyünə düşdü

Premyer Liqada qalmaq hədəfinin öhdəsindən erkən gələn "Şamaxı" artıq yeni mövsümün planlarını cızır.

4 legionerin komandada qalacağı dəqiqləşib.

Qapıçı Rikardo Fernandes ilə müqavilənin artırılmasını daha əvvəldən məlumat vermişdik.

Vladislav Veremeyev, Alfo Msanqa, Andrey Tirkoveanu ilə qüvvədə olan müqavilələr var. Baş məşqçi Ayxan Abbasov hər üç legionerlə yola davam edəcək.

Futbolçular da "şirlər"in formasını geyinməkdə maraqlı görünür.

Yeganə əmma Brahim Konate ilə bağlıdır.

Komandanın bombardiri ilə anlaşma mövsümün sonu başa çatır.

Orta sahə oyunçusu bir neçə yeni təklif alıb.

Düzdü, maddiyyat baxımından o qədər də cəlbedici təkliflər deyil.

Amma "93 nömrə" getməkdə qərarlıdır.

Abbasov onu yola gətirməyə çalışır.

Yəni onunla bağlı məsələ hələ tam qapanmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti