"AFFA-nın bu qərarı bizə siqnaldır" - Ayaqüstü söhbət

3 May 14:40 Şamaxı 511
"AFFA-nın bu qərarı bizə siqnaldır" - Ayaqüstü söhbət

Premyer Liqanın 32-ci turunda "TuranTovuz"la bərabərə qalan (1:1) "Şamaxı"nın müdafiəçisi Arsen Ağcabəyov Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq qarşılaşma barədə düşüncələrini bizimlə bölüşüb:

- Çətin oyun olacağını gözləyirdik. Elə də oldu. Əsas odur ki, buradan xalla qayıdırıq.

- Üstün oynadığınız məqamda hesabda geri düşdünüz. Nə baş verdi?

- Futbolda belə hallar yaşanır. Hücumlara çox qoşulurduq. Ola bilsin ki, yorğunluq buna səbəb oldu.

- "Turan"la oyunları yaxşı keçirsəniz də bu mövsüm qələbə qazana bilmədiniz. Nə çatmadı?

- Yaxşı imkanlardan istifadə edə bilmədik. Alınmayanda alınmır. Mən buna şanssızlıq deyərdim. Şamaxıdakı ilk görüşdə son saniyədə qələbəni əldən vermişdik.

- Meydanda daha istəkli tərəf "Şamaxı" idi. Ötən turdan Premyer Liqada qalmaq hədəfinin yerinə yetirildiyini demək olar. Belədə bugünkü yüksək motivasiya nə ilə bağlıydı?

- Düzdü, Liqada qalmağı demək olar ki, dəqiqləşdirmişik. Amma irəlidəki rəqiblər çata bilərik. Buna çalışırıq. Motivasiyadan düşmürük, irəlidəki oyunlara baxırıq.

- Növbəti rəqib sonuncu pillədə gedən "Səbail"lə olacaq. Xal hesabını artırmaq baxımından əla fürsət saymaq olar?

- Ancaq qələbə üçün meydana çıxacağıq. Rəqib sonuncu pillədə yer alsa da gücünü görməzdən gəlmək olmaz.

- Legioner limitinin yeni mövsümdən ləğv edilməsi yerli uşaqların qarşısında maneə ola bilər?

- Maneə kimi fikirləşmirəm. Bizə siqnaldır ki, daha çox işləmək lazımdır. İnanıram ki, problem olmaz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti