
"Şamaxı" Tovuz səfərindən vacib bir xalla qayıtdı - 1:1.
Komanda rəqibindən üstün oynadığı matçda yenə qələbə qazana bilmədi.
Əvvəlki 3 görüşdə də Ayxan Abbasovun komandası pis təsir baxışlamasa da iki dəfə son dəqiqələrdə qələbəni əldən vermişdi.
Ümumiyyətlə, qərb təmsilçisi ilə baş tutan 4 dueldə 2 bərabərlik və 2 məğlubiyyət qeydə alınıb.
Görəsən, bu mövsüm "Turan" üzərində qələbə qazanmaq üçün nə çatmayıb?
Ötən iki ildə “Turan”ı çalışdırmış "şirlər"in hazırkı baş məşqçisi Ayxan Abbasovun məsləyə reaksiyası belə olub:
"Qələbə üçün nə çatmadı? Deyərdim ki, rəqibin bəxti gətirdi.
Şamaxıda bir hücum edib, 1 qol vurdular. Burada 2:3 məğlub olduğumuz matç dramatik keçmişdi. Son dəqiqələrdə qollar buraxmışdıq.
Şamaxıda 2:2 bitən görüşdə də eyni hal yaşandı. Son dəqiqədə qapımıza penal verildi. Bu gün də ikinci yarıda bir neçə real qol fürsətini dəyərləndirə bilmədik".
XANOĞLAN / SPORTİNFO.AZ