"Belə qələbələrin özünəməxsus ləzzəti var"

24 Aprel 2025 22:20 Şamaxı 646
"Belə qələbələrin özünəməxsus ləzzəti var"

"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Premyer Liqanın 31-ci turunda "Kəpəz"i məğlub etdikləri matçdan sonra Sportinfo.az-a açıqlama verib.

Portuqaliya legioner ilk olaraq qarşılaşma barədə danışıb:

"Bütün qələbələrin özünəməxsus ləzzəti var. Amma evdə azarkeşlərimizlə qazanılan qələbə həmişə daha yaxşı olur. Biz də bunun üçün çalışırıq".

30 yaşlı qolkiper arxada qalan 31 matçın hamısını meydanda olub. Belə statistika təcrübəli oyunçunun karyerasında ilk dəfədir yaşanır. O, bu məqama belə reaksiya verib:

"Bu qədər oynamaq çox gözəldi. Özümü yaxşı hiss edirəm və ümid edirəm ki, kluba kömək etməyə davam edəcəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT